Dünya

Rus ordusu Liman şəhərini vurdu – Ölənlər var

Rusiya Ukraynanın şərqindəki Donetsk vilayətinin Liman şəhərini atəşə tutub.

Bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavlo Kıriyenko məlumat verib.

O bildirib ki, zərbələr nəticəsində dörd nəfər həlak olub.

Rusiya qoşunlarının Donetsk və Luqansk bölgələrini ələ keçirmək üçün hücumlarını gücləndirdiyi bir vaxtda Liman şəhəri son bir neçə gündə tez-tez atəşə tutulub.

Ukrayna ordusu bildirir ki, ruslar bölgəyə yeni qoşunlar və artilleriya yeridib. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button