Site icon Aznews TV

Kərəc zindanında 5 məhkum edam edildi

Onların adamöldürmə, silahlı basqın və oğurluqda ittiham olunaraq ölüm cəzasına məhkum olunduqları bildirilir.

Qulamhüseyn Zeynali, Əli Nüsrəti, Vəhid Miyanabadi, Əli Müntəziri qətldə, Əmin Ərəb silahlı soyqunda günahlandırıldıqları üçün edam ediliblər.

Qətldə ittiham olunan başqa məhkum Əvəz Məhəmmədi isə öldürülən şəxsin yaxınlarından razılıq almaq üçün etdiyi müraciət qəbul olunduğuna görə, edam cəzası təxirə salınıb.

Exit mobile version