Dünya

Kaliforniyada erməni terroru ilə bağlı etiraz aksiyası keçirilib

Amerikada yaşayan soydaşlarımız Ermənistan ordusunun Azərbaycanın bir sıra şəhər və ustanlarını raket atəşinə tutması nəticəsində yerli şəxslərin və günahsız körpələrin dünyasını dəyişməsinə, yaşayış evləri və yerli məkanların dağıdılmasına etiraz olaraq aksiya keçiriblər. Aksiya Kaliforniya əyalətinin San Fransisko şəhərindəki Embarcadro ticari binanın qarşısında baş tutub. Diaspora ilə iş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, aksiya iştirakçıları cəbhə məntəqəsindən uzaqda yerləşən yaşayış məntəqələrini, o cümlədən Gəncə və Mingəçevir şəhərlərini atəşə tutan Ermənistanın faşist siyasətini pisləyiblər. Habelə beynəlxalq ictimaiyyətin diqqətini özəlliklə uşaqların öldürülməsinə cəlb etməyə çalışıblar.
Soydaşlarımız Gəncə terrorunun qurbanı olan günahsız uşaqların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbir boyu Amerikada yaşayan azərbaycanlıların tikdiyi 27 metr uzunluğunda Azərbaycan bayrağı dalğalandırılıb.
Quzey və güney Amerika Mədəniyyət Mərkəzinin təşkil etdiyi aksiyada yüzlərlə soydaşımız, eləcə də Amerikadakı türk toplumunun nümayəndələri iştirak edib.
Azərbaycan, Türkiyə və Amerika bayraqlarının dalğalandırıldığı aksiyada Azərbaycanın Dövlət marşı, vətənpərvərlik mahnıları səsləndirilib, “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünü dayandırın!”, “Erməni işğalına son!” kimi şüarların yazıldığı plakatlar nümayiş etdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button