Site icon Aznews TV

Kamerunda baş verən avtobus qəzasında 37 nəfər ölüb

Kamerunun qərbində avtobus yük maşını ilə toqquşub, 37-dən çox insan ölüb, 18 nəfər yaralanıb.

Bu barədə “Associated Press” agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Hadisə bu gecə Nemale kəndində baş verib. 60-dan çox adamın olduğu avtobus Fumban şəhərindən ölkənin paytaxtı Yaunde istiqamətində hərəkət edirmiş. Avtobus yola çıxan adamlardan qaçmağa çalışarkən toqquşma baş verib.

Exit mobile version