İran

İranda QİÇS-ə yoluxanların son statistikası açıqlanıb

İranda 45.463 nəfərin QİÇS (HIV) xəstəliyinə yoluxduğu ehtimal olunur.

Bu barədə İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərlə Mübarizə İdarəsi açıqlama yayıb. Statistikaya əsasən, yoluxanlardan 21.823 nəfəri ölüb, 23.640 nəfər isə müalicə alır.

2022-ci ilin mart ayına qədər bu virusa yoluxanların 81%-ni kişilər, 19%-ni isə qadınlar təşkil edir.

Statistikada bildirilir ki, yoluxmanın 51% səbəbi qorunmadan intim əlaqə, 1% anadan dölə keçmədir.

Xəstələrin 16% isə şpris vasitələrindən birgə istifadə zamanı yoluxub.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button