Dünyaİdman

Karyerasını bitirdikdən sonra danışılmış oyun cəzası aldı

İngiltərənin “Mançester Siti” və “Fulhem” klublarının sabiq futbolçusu Dikson Etuhu oyun alqı-satqısına görə 5 il müddətinə cəzalandırılıb.

37 yaşlı nigeriyalı yarımmüdafiəçi İsveç AIK-ində çıxış etdiyi dönəmdə komanda yoldaşı, qapıçı Kennni Stamatopulosa “Höteborq”la görüşdə pul verməyə çalışıb.

İsveç Futbol İttifaqının İntizam Komitəsi Etuhunu 5 il müddətinə diskvalifikasiya edib və qərarın aprelin 13-dən qüvvədə olduğunu açıqlayıb.

Qeyd edək ki, Dikson Etuhu 2017-ci ildə karyerasını başa vurub.

Related Articles

Bir cavab yazın

Back to top button