İranSiyasət

Kayli Mura İranın xeyrinə casus olmaq təklif olundu

Avstraliya vətəndaşının Evin zindanından yazdığı məktubu məşhur qəzetdə dərc etdirib.

Kayli Mur Gilbertə aid olduğu deyilən məktubda maraqlı məqamlar qeyd olunub.

Onun yazdığına görə, cəzası azaldıla bilər, lakin qarşılığında SEPAH-ın xeyrinə casusluq etmək lazımdır.

Həbsxanadan gizlin çıxarılan bu məktubların bəzilərini İngiltərənin “The Guardian” qəzeti dərc edib. Məktublar ötən ilin son yeddi ayına aiddir.

Avstraliyanın Melburn Universitetinin İslam araşdırmaları üzrə doktoru Kaili Mur Gilbert 2018-ci ilin payızında həbs olunub.

O, ölkəsi Avstraliyaya qayıdarkən İran hava limanında saxlanılıb. Cəsusluqda ittiham olunan xanım 10 il müddətinə azadlıqdan məhrum edilib.

Özünü günahsız sayan Kayli Mur Gilbert bildirib ki, etmədiyi işə görə həbsdə saxlanılır.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close