Site icon Aznews TV

Kazım Qəribabadi məxfi bilgilərin mediaya sızdırılmasıı tənqid edib

İranın Beynəlmiləl Atom Enerjisi Ajansındakı nümayəndəsi Kazım Qəribabadi gizli bilgilərin mediaya sızdırılmasını intiqad edib. O, bildirib ki, ajans bu kimi bilgilərin gizli saxlanılmasını təmin etməlidir. Qeyd edək ki, Reuters xəbər ajansı İranın qabaqcıl santrifujların 3 yeni saxlayıcı cihazını quraşdırmaq istəməsi ilə bağlı xəbər yayımlayıb.
Kazım Qəribabadi bu barədə tvitterdə yazıb: “Reuters bu xəbəri İranın məxfi naməsinə əsasən ajansın hazırladığı rapora istinadən yayıb. Həmin bilgi Hükkam Şurası üzvlərinə təqdim edilməmişdən əvvəl mediaya ötürülüb.”
Bildirək ki, İran bir neçə ildir Beynəlmiləl Atom Enerjisi Ajansı ilə mübadilə olunan gizli bilgilərin mediaya sızdırılmasını intiqad edir. Bu səbəblə də ajansa İranın atom alimləri ilə görüş icazəsi verilmir.
Exit mobile version