Azərbaycan

Güney Azərbaycanın türkcə “Dilmanc” filmi Fransa festivalında

Qısametrajlı filmin ssenari müəllifi və rejissru Nigar Nəqəvidir.

Güney Azərbaycanın Əhər şəhərindən olan Nigar Nəqəvinin ssenarisi və rejissorluğu ilə türk dilində çəkilən qısametrajlı “Dilmanc” filmi Fransanın “Klermont” film festivalına qatılıb.

Türkcə film festivala qatılmaq üçün namizədliyi irəli sürülən 8200 film arasından seçilən 77 filmdən biri kimi “Oskar” tərəfindən də təsdiq edilib.

“Dilmanc” filmində anası tərəfindən yaşamaq üçün kəndə göndərilən, ancaq atasını axtaran oğlan uşağının həyat hekayəsindən bəhs edir.

Yanvarın 28-dən fevralın 5-dək Fransada keçirilən “Klermont” film festivalı dünyanın ən böyük və ən nüfuzlu qısametrajlı film festivalıdır.

Açıklama yok.

Related Articles

Bir cavab yazın

Back to top button