Site icon Aznews TV

Kirman şəhərində terror aktı törədilib: 103 nəfər ölüb

Ardıcıl iki partlayış nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb.

“Tasnim” mənbələrə istinadən yazıb ki, qəbiristanlığın girişinin yaxınlığında uzaqdan partladıla bilən bomba olan iki paket olub. “Irna”nın məlumatına görə, birinci partlayış Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında eşidilib.

Hücumlara görə hələ ki, heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Exit mobile version