Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

KİV: Almaniya Patriot sistemlərinin dörddə birini Ukraynaya təhvil verib

Almaniya Ukraynaya ən azı iki əlavə Patriot hava hücumundan müdafiə sistemi tədarük etmək üçün Amerika ilə danışıqlar aparır.

“ANT”APA-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Məlumatda Almaniya kansleri Fridrix Merzin xüsusilə Ukraynanı daha çox HHM sistemləri ilə necə təmin edəcəklərini müzakirə etmək üçün Amerika prezidenti Donald Trampla telefon danışığı apardığı bildirilir.

Mənbələrin agentliyə verdiyi məlumata görə Merz hökuməti Ukraynaya iki əlavə Patriot sistemi, o cümlədən ovçu raketlər verməyə hazırdır. Almaniya həmçinin tədarükün bütün xərclərini də ödəməyə hazırdır.

Tədarükün Almaniya və Amerika arasında ikitərəfli razılaşma sayəsində mümkün olacağı bildirilir.

“Berlin bir neçə həftə əvvəl Vaşinqtona belə bir razılaşma təklif edib. Qərar Pentaqonun rəhbəri Pit Heqsetindir. Almaniya aylardır Amerikaya təzyiq edir ki, Ukraynaya HHM sistemindəki boşluğu doldurmağa kömək etməsi üçün ən azı bir Patriot verilsin.”, – agentliyin mənbəyi bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button