Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

KİV: İsrail Suriyanın cənubuna yenidən zərbələr endirir

İsrail aviasiyası Suriyanın cənub bölgələrinə yeni zərbələr endirib.

Bu barədə Suriyanın “Al Watan” qəzeti məlumat yayıb.

Məlumata görə, bu dəfə iyulun 13-dən silahlı qarşıdurmaların getdiyi Əs-Suveyda ilə həmsərhəd olan Dəra əyaləti atəşə tutulub. Aviazərbələr nəticəsində ölənlərin sayı və onların vurduğu ziyan barədə hələlik məlumat yoxdur.

Bunun fonunda Suriya Mülki Aviasiya İdarəsi Dəməşq və Bəsrəni birləşdirən hava dəhlizlərindən birini müvəqqəti bağlamaq qərarına gəlib.

Xatırladaq ki, iyulun 13-də Əs-Suveyda əyalətində ərəb qəbilə silahlıları ilə druzların özünümüdafiə dəstələri arasında toqquşma olub. İyulun 15-də Suriya ordusu vəziyyəti sabitləşdirmək üçün eyniadlı vilayətin inzibati mərkəzinə daxil olub və oranı “təmizləməyə” başlayıb. Bundan bir qədər sonra İsrail vilayətin druz əhalisini qorumaq istəyini əsas gətirərək Suriyanın hərbi kalonlarını vurmağa başlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button