Site icon Aznews TV

Koalisiya qüvvələri husilərin mövqelərini vurdu

Bu barədə Avstraliya, Bəhreyn, Böyük Britaniya, Kanada, Niderland və ABŞ-nin birgə açıqlamasında bildirilir.

“Bugünkü zərbə xüsusi olaraq husilərin yeraltı anbarını və raket imkanları və onların havadan müşahidəsi ilə əlaqəli yerləri hədəf alıb”, – açıqlamada bildirilir.

Qeyd olunur ki, həmin ölkələrin dəstəyi ilə ABŞ və Böyük Britaniya Qüvvələrinin vurduğu “bu yüksək dəqiqlikli zərbələrin məqsədi” husilərin beynəlxalq ticarəti və günahsız dənizçilərin həyatını təhdid etmək imkanlarını məhdudlaşdırmaq, aradan qaldırmaqdır.

Koalisiyanın açıqlamasında bildirilir ki, “məqsəd Qırmızı dənizdə gərginliyi aradan qaldırmaq və sabitliyi bərpa etməkdir: “Biz husilərin rəhbərliyinə xəbərdarlığımızı təkrarlayırıq: davam edən təhdidlər qarşısında insanların həyatını və dünyanın ən mühüm su yollarından biri boyunca sərbəst ticarət axınını qorumaqdan çəkinməyəcəyik”.

Bəyanatda vurğulanır ki, keçən il noyabrın ortalarından bu günədək husilər artıq Qırmızı dənizdə gəmilərə 30-dan çox hücum həyata keçiriblər.

Exit mobile version