İdmanİran

Komandaya azarkeşlərin düşündüyündən daha yaxşı oyunçu cəlb edəcəyik – Dənizli

Yeni fəsil premyera oyunları üçün hazırlıq məşqlərinə faktiki olaraq 2 ay əvvəldən başlamışıq. Müsabiqələr isə gələn həftədən başlayır.

Aznws.tv İSNA xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri “Traktor” Futbol Komandasının baş məşqçisi Mustafa Dənizli komandanın son durumu ilə bağlı açıqlama verərkən deyib.

“Birinci oyunumuz Təbrizdə olmasa da, ikinci həftədən yarışlar azarkeşlərin gözü önündə keçəcək. Bizim oyunçular iki həftədir hazır vəziyyətdədir. Oyunlar bir həftə gecikmə ilə başlayır ki, bu, böyük problem deyil. Birinci oyun bir az çətin ola bilər, lakin çalışacağıq oyunçuların nə dərəcədə hazır olduğunu azarkeşlərə göstərək. Ümumiyyətlə, premyera liqada 30 oyun, çempionluq kubokunda isə bir neçə oyun üçün “Traktor” komandası olaraq tam hazır vəziyyətdəyik”.

Dənizli komandaya yeni oyunçuların transfer edilməsindən danışıb:

“Gecə-gündüz vaxt tapan kimi potensial oyunçuların video çarxlarını izləyirəm. Demək olar, indiyə qədər Avropa, cənubi Amerika və Afrikadan olan 200-dən çox oyunçunu seyr etmişəm, lakin azarkeşlərin sevdikləri bəzi oyunçular İrana gəlmək istəmir, yaxud həddindən artıq yüksək maaş tələb edir. Liqada potensial rəqiblərin gücü ilə bağlı məlumatlıyıq və bilirik ki, uğur asan əldə edilmir, var gücümüzlə çalışmalıyıq. Azarkeşlər də bizə dəstək göstərməlidir. Sizin üçün əlimizdən gələni etməyə hazırıq, yeganə xahişim budur ki, arada gəzən şayiələrə əhəmiyyət verməyin. Əmin olun ki, təsəvvür etdiyinizdən daha yaxşı oyunçuları cəlb edəcəyik”,

Dənizli Müslimipurun komandadan ayrılması məsələsinə də aydınlıq gətirib:

“Urmunun “90” komandası ilə dostluq oyununda Müslimipur heç kimdən icazə almadan etirazını bildirmək üçün meydançanı tərk etdi və bunun bədəlini ödəməli idi. Biz nizam-intizamsız oyunçunu qəbul edə bilmərik. Gənc, yaxud təcrübəli, nizam-intizam qaydalarını pozan oyunçu cəzalanacaq, çünki futbol nizam intizam tələb edən bir oyundur.”

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button