Dünyaİdmanİran

Komitə: İran buna son qoyacağına söz verib

İran İsrail idmançılarına qarşı ayrı-seçkiliyə son qoyacağına söz verib.

Bu sözləri Beynəlxalq Olimpiya Komitəsinin rəisi Tomas Bax deyib. O, İranın İsrail idmançılarına qarşı ayrı-seçkilik siyasətinə son qoyacağını vəd etdiyinə dair məktub göndərdiyini açıqlayıb.

Komitə rəisinin sözlərinə görə, məktubu İranın İdman naziri Məsud Soltanifər və Milli Olimpiya Komitəsinin rəisi Rza Əmiri Salehi imzalayıblar.

Qeyd edək ki, İran hökuməti İsraili rəsmi dövlət kimi tanımır və İran idmançılarını müxtəlif bəhanələrlə beynəlxalq yarışlarda İsrail rəqibləri ilə qarşılaşmaqdan imtina etməyə məcbur edirlər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close