Təbrizin Kompresor Düzəltmə Karxanasının işçiləri özlərinə qurum təşkil olunmasını istəyiblər. Şərqi Azərbaycanın Təbriz şəhərinin Qaraməlik Sənəti Şəhərciyində yerləşən karxana işçiləri bildiriblər ki, karxananın İş üzrə İslami Şurasının son fəaliyyət dövrü 4 il öncə bitib. Buna baxmayaraq həmin ildən yeni fəaliyyət dövrü başlanmayıb.
Onların sözlərinə görə, sinfi qurumun yaradılması aylıqların ödənişinin 2 ay yubadıldığı çağda gərəkdir.
Bilgilərə görə, karxananın işçilərinin sayı 138 nəfərdir. Ancaq hüquqi boşluqlardan onlar sinfi hüquqlarından məhrumdurlar.
Şəhrivərin 18-də sinfi qurumun təşkil olunması istəyi ilə Təbriz Şəhristanı Təavun, İş və İctimai Rifah İdarəsinə istək ərizəsi göndərildiyi açıqlanıb.