AzərbaycanDünya

Azərbaycanın qədim xalçaları Avstriyada hərraca çıxarılacaq

Azərbaycanın qədim xalçaları Avstriyada hərraca çıxarılacaq. Bu barədə xarici mətbuatda xəbər yayılıb.

Məlumata görə, gələn ay “Austria Auction Company” hərracında satışa çıxarılacaq nəfis, qədim Şərq xalçaları arasında Azərbaycan xalçaları da var. XIX əsrin ikinci yarısına aid Azərbaycan xalçalarının ilkin qiyməti 2000-3000 avro arasında dəyişir.

“Austria Auction Company”nin “XIX əsrin zərif antik Şərq xalçaları və icma sənəti 4” auksionu 2 dekabr 2023-cü ildə yerli vaxtla saat 16:00-da keçiriləcək.

Hərraca digər ölkələrin xalqlarının da qədim əl işləri daxil olmaqla, ümumilikdə 282 xalça, antik şərq əşyaları çıxarılacaq. Onların arasında türkmən, Qafqaz ölkələrinin, Anadolu, Şərqi Türküstanın xalçaları da var.

Related Articles

Bir cavab yazın

Back to top button