İranMədəniyyət və incəsənət

“Kömür” filmi Azərbaycanda böyük maraqla qarşılandı

Güney Azərbaycan və Fransanın ortaq məhsulu olan «Kömür» filmi oktyabrın 9-u Təbrizin Sitarə Baran sinəmasında ilk dəfə tamaşaçıların görüşünə gəlib.

Aznews.tv xəbər verir ki, ilk nümayişi zamanı böyük marağa səbəb olan film Astara şəhərində, Azərbaycan türkcəsində çəkilib. Filmdə Güney Azərbaycanın türk aktyorları rol alıblar.

Fəcr Film Festivalında türkcə olduğu üçün bəyənilməyən film İsmayil Münsefin ilk təcrübəsidir.

«Şübhə etmirəm ki, filmi tanınmış bir rejissor tərəfindən və farsca istehsal edilsəydi, aqibəti başqa olardı. Ancaq deməliyəm ki, həmişə türk dilində, İran kinosundan payı bir sıra gülünc və sadəlövh personajlara sahib olan bir etnikin dilində filmlər çəkəcəm. Fars filimlərində etniklərə xəyanət olur. Sansorçular isə yalnız filmlərin bu hissələrini sansor etmirlər», – İsmayıl Münsef vurğulayıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close