BölgəİranSiyasət

Körfəz Əməkdaşlıq Şurası Səudiyyə Ərəbistanına hücumda üzvlərin hava məkanından istifadə edilməsini pislədi

Aznews.tv “Euronews”a istinadən xəbər verir ki, Körfəz Əməkdaşlıq Şurası ölkələrinin hərbi rəhbərləri oktyabrın 3-də yaydıqları bəyanatda, Səudiyyə Ərəbistanının neft obyektlərinə hava hücumlarının üzv ölkələrin hava məkanından həyata keçirildiyini bildirərək, bu ölkələrin hava məkanının pozulmasını pisləyib.

Bəyanatda deyilir: “Toplantı iştirakçıları Səudiyyə Ərəbistanına edilən hücumu, eləcə də neft tankerlərinə edilən hücumları, naviqasiya azadlığının təhdid edilməsini və Səudiyyə krallığına hücum etmək məqsədilə bəzi üzv ölkələrin hava məkanının pozulmasını pisləyir”.

Hərbi rəhbərlər həmçinin “kollektiv təhlükəsizlik” prinsipini vurğulayıb və Şura üzvlərinin silahlı qüvvələri tərəfindən birgə səylər göstərməyə çağırıb. Onlar Səudiyyə Ərəbistanının özünü müdafiə etmək səylərini də dəstəkləyib.

Səudiyyə Ərəbistanı və ABŞ dəfələrlə “ARAMCO” şirkətinin neft obyektlərinə vurulan zərbələrə görə İranı məsuliyyət daşıdıqlarını bildirib, lakin rəsmi Tehran indiyə qədər Səudiyyə Ərəbistanının ərazisinə edilən hər hansı bir hücumu rədd edib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button