Araşdırma & TəhlilCəmiyyətDünyaİranSiyasət

Körfəzdə baş verən hadisələrə İran münasibət bildirdi

 

İranın Xarici İşlər Nazirliyi ötən gün Oman körfəzində Birləşmiş Ərəb Əmirliyi gəmiləri haqqında baş verən hadisə ilə bağlı detalların açıqlanmasını istəyib.

Aznews.tv FarsNews-a istinadla xəbər verir ki, İranın XİN-in sözçüsü Seyid Abbas Müsəvi Oman Körfəzində BƏƏ-nin gəmiləri ilə bağlı baş verən hadisənin narahatedici və təəssüfverici hadisə adlandırıb və onun detalları və səbəblərinin açıqlanmasını istəyib.

İran rəsmisi bildirib ki, bu kimi hadisələr bölgədə xüsusilədə strateji Oman və Fars Körfəzlərində gəmilərin hərəkətinə təhlükədir.

S.A. Musəvi bu kimi hadisələrdə xarici dövlətlərin təxribat yaradan addımlarının ola biləcəyini deyib və region ölkələrini ayıq-sayıq olmağa çağırıb.

Qeyd edək ki, BƏƏ rəsmi qurumları bildiriblər ki, ötən gün Oman Körfəzində onların 4 ticarət gəmisi eləcə də Səudiyyə Ərəbistanın iki neft tankeri hücuma və təxribatçı addımlara məruz qalıb.

Aznews.tv

 

Related Articles

Bir cavab yazın

Back to top button