Sağlıq & Yaşam

Korona əlaməti hiss etdikdə bu dərmanı için – Həkim

Əhali arasında COVID-19 ştamı ilə bağlı təsəvvürlər yanlış olmaqda davam edir.

Bunu nəzərə alan tibb üzrə professor Adil Qeybulla bir sıra tövsiyələri paylaşıb.

A. Qeybullanın sözlərinə görə, Çin təcrübəsi göstərdi ki, təmasların maksimum məhdudlaşdırılmasına yönəlik karantin tədbirləri virusdan qorunmağın və infeksiyanın məhdudlaşdırılmasının ən mühüm təminatıdır:

“Virus selektiv olaraq ağciyərləri zədələdiyindən onun nəfəs yollarına düşməsinin qarşısı alınmalıdır. Nəfəs yollarını qorumağın effektiv yolu isə təmaslardan qaçmaqdır. Evdə qalmağa üstünlük verin. Əllərinizi isti su altında sabunla 30 saniyə müddətində tez-tez yuyun. Əllə bir əşyaya və ya səthə toxunduqda ya dəsmal və ya salfet istifadə edin, ya da ovcunuzu yumruq kimi bükərək əlin arxa səthi ilə hərəkəti icra edin (qapı dəstəyinə toxunmaq, lift düyməsi basmaq və s.). Əllərinizi yumadan ağız və burnunuza aparmayın”.

A. Qeybulla bildirib ki, mağazada və bayırda, imkan olduqca lateks və ya nitril əsaslı (adətən göy rəngli) əlcəklərdən istifadə edin:

“Əlcəkləri onun boynundan tutaraq corab kimi çevirərək çıxarıb zibil qutusuna atın. Məlumdur ki, sink koronavirusların burun-udlaq və boğaz nahiyəsində artıb çoxalmasını blokada edir. Xəstəliyin məlum hər hansı əlamətini hiss etdikdə gündə 2-3 dəfə sink preparatı için. Karantin şərtlərinə ciddi əməl edin. Bu, hamımızın təhlükəsizliyi üçün vacibdir”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close