Dünya

Koronavirus hadisəsi aylarla davam edə bilər – Pentaqon

Ölkədə sürətlə yayılan koronavirus hadisəsinin aylarla davam edə bilər.

Bu açıqlama ilə Pentaqon çıxış edib.

Pentaqonun yaydığı məlumata görə, Amerika hərbi qüvvələri COVID-19 böhranına qarşı səylərini artırmağa davam edəcək.

“Düşünürəm ki, bunun ən azı bir neçə ay davam edəcəyini düşünməli və bunun üçün bütün ehtiyat tədbirləri görməliyik” – deyə Pentaqon rəhbəri Mark Esper bildirib.

Baş Qərargah Rəislərinin sədri general Mark Milley digər ölkələrin təcrübələrinə əsaslanaraq, pandeminin iyul ayına qədər davam edə biləcəyini açıqlayıb.

Xatırladaq ki, daha öncə Amerika Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, çərşənbə axşamı Sakit Okeanda Teodor Rouzvelt təyyarəsinin göyərtəsində olan üç amerikalı dənizçinin koronavirusa yoluxduğunu açıqlamışdı.

Amerika Hərbi Dəniz Qüvvələrinin katibi Tomas Modly Pentaqonda keçirdiyi mətbuat konfransında sözügedən üç nəfərin karantinə alındığını söyləmişdi.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close