İqtisadiyyatİran

Koronavirus İran iqtisadiyyatına mənfi təsir göstərdi

Koronavirusun yayılması ilə bağlı artan narahatlıqlar İran iqtisadiyyatına mənfi təsir göstərib. 

Bu barədə Ərəb mətbuatı məlumat yayıb. Bildirilir ki, koronavirusunun yayılması İran rialını bir ildə ən aşağı səthə çatdırıb.

İranın səhiyyə rəsmiləri bu ölkədə 200-dən çox koronavirusa yoluxma olduğunu təsdiqləyib. Azı 26 nəfərin öldüyü bildirilir.

Son günlər Türkiyə, Ermənistan, Oman, Bəhreyn, Küveyt və BƏƏ koronavirusun yayılması səbəbi ilə İranla quru və hava sərhədlərini bağlayıblar. Ölkəyə giriş-çıxışın dayanması iqtisadi geriləmə ilə bağlı narahatlığı artırıb və rialın dəyərinə zərbə vurub.

İran milli valyutasının dəyəri qara bazarda dollarla müqayisədə 158500 riala çatıb. Bu, son bir ildən çox müddətdə ən aşağı göstəricidir. Dolların rəsmi dəyəri hələ də 42000 rialdır.

Bir çox iqtisadçılar, sərhədlərin bağlanması nəticəsində dini turizmin kəskin zəifləyəcəyini düşnür. Novruz satışları da azalmaqdadır.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close