DünyaSağlıq & Yaşam

Koronavirusa görə San-Fransiskoda fövqəladə vəziyyət elan olundu

ABŞ-ın Kaliforniya əyalətinin San-Fransisko şəhərində koronavirus səbəbi ilə fövqəladə vəziyət elan olunub.

Hələ ki, şəhərdə bu xəstəliklə bağlı heç bir xəbər yayılmayıb.

San-Fransisko şəhərinin bələdiyə sədri Landen Brid açıqlamasında xəstəliyə qarşı tam hazır olduqlarını bildirib:

“Şəhərimizdə bu xəstəliklə bağlı heç bir əlamət görülməyib. Dünyanın durumu daima dəyişir. Biz bu xəstəliyə qarşı tam şəkildə hazır olmalıyıq”.

Qeyd edək ki, “Röyters”ə görə ABŞ-da bu vaxta kimi 14 şəxsdə koronavirus aşkarlanıb. Bu şəxslərin bir çoxunun səfər prosesində virusa yoluxduğu bildirilir. “Diamond” təfrih gəmisi ilə səfər çərçivəsində 39 amerikalı da bu xəstəliyə düçar olub.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close