Cəmiyyətİran

Koronavirusla bağlı Çinin verdiyi məlumatlar yanlışdır – Cahanpur

Koronavirusla bağlı Çinin verdiyi bir çox məlumatlar səhvdir.

Bu sözləri İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, İranın əldə etdiyi nəticələr göstərir ki, Çin tərəfindən “A növlü qrip”in koronavirusla müqayisədə daha təhlükəli elan edilməsi həqiqəti əks etdirmir. Cahanpur Çinin verdiyi məlumatların yanlış olduğunu və İranın özündə əldə olunan nəticələrin bunun əksini göstərdiyini vurğulayıb.

“Yaponiyada, Cənubi Koreyada və hətta İranda korona epidemiyası ölkənin hər yerinə yayıldı. Ancaq Çində vəziyyət fərqli idi. Yalnız Uhan şəhəri epidemiyaya məruz qaldı. Bütün bunlar Çinin verdiyi məlumatlara əsaslanırdı. Görünən odur ki, Çin korona ilə bağlı statistika və məlumatların verilməsində bütün dünya ilə acı bir zarafat etdi. İndi Çində epidemiyanın iki ayda nəzarətə alındığı deyilirsə, bu barədə daha çox düşünməliyik”.

Qeyd edək ki, İran rəsmiləri, o cümlədən, prezident Həsən Ruhani, Çinin verdiyi məlumatlara söykənərək dəfələrlə öz çıxışlarında koronavirusu qripə bənzədərək, ondan daha zəif və daha az ölümcül olduğunu iddia ediblər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close