DünyaSağlıq & Yaşam

Koronavirusla mübarizə üçün yüz milyonlarla dollar pul lazımdır – ÜST

Koronavirusun yayılmasının qarşısını almaq üçün yüz milyonlarla dollar pul lazımdır.

Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)deyib. Təşkilat virusun yayılmasının dayandırılması üçün 675 milyon dollar həcmində yardım istəyib.

ÜST virusa yoluxanların sayının 24.363 nəfər olduğunu bildirərək, Çində 490 nəfərin öldüyünü, Çindən kənarda isə 191 yoluxma və 2 ölüm hadisəsinin qeydə alındığını diqqətə çatdırıb:

“Bizim əsas narahatçılığımız virusun səhiyyə sistemi zəif olan ölkələrə yayılmasıdır. Risk altında olan ölkələri gərəkli təchizatla təmin etmək üçün təcili yardım fondundan 9 milyon dollar ayrılıb. Yardım yarım milyon maska, 350.000-dən çox əlcək və on minlərlə tənəffüs cihazı, önlük və testlərdən ibarətdir”.

ÜST inkişaf etməkdə olan ölkələrdə səhiyyə sisteminin gücləndirilməsinə kömək etmək üçün daha çox şeyin lazım olduğunu söyləyir.

Related Articles

Bir cavab yazın

Back to top button