İranSiyasət

Koronavirusu İrana qarşı silaha çevirməyin – Ruhani

ABŞ qripdən ölən minlərlə vətəndaşı barədə düşünsün.

Bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Koronavirus bizim düşmənlərimizin əlində ölkədə sənayenin dayanması üçün silah olmamalıdır. Amerikalılar öz ölkəsində qripdən ölən minlərlə vətəndaş barədə düşünsünlər”, – deyə o bildirib.

O qeyd edib ki, koronavirusa görə hansısa şəhərdə və ya bölgədə karantin elan olunmayacaq.:

“Ümumiyyətlə, bir yerin bağlanması valiliyin, nazirlərin işi deyil, bu, Korona ilə Mübarizə Mərkəzinin səlahiyyətindədir. Həmin qurum da hələlik belə bir qərar verməyib”.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo İranın koronavirusla bağlı vacib informasiyanı gizlətdiyinə dair iddia ilə çıxış etmişdi.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close