İqtisadiyyatİran

Korrupsiyada ittiham olunan Salar Ağaxani İrandan qaçdı

Mərkəzi Bankdakı korrupsiyada ittiham olunan Salar Ağaxani İrandan qaçıb.

Aznews.tv xəbər verir ki, bu barədə «Təsnim» Xəbər Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Mərkəzi Bankın valyutalarını tacirlərə idxal üçün tapşırıq alan Salar Ağaxani bank rəhbərinin keçmiş müavini Əhməd Əraqçı ilə birlikdə İqtisadi korrupsiya ittihamı ilə qiyabi mühakimədə günahlandırılıb. Ağaxani 159.800 milyon dollar və 20 milyon 500 min avro dəyərində böyük valyuta qaçaqçılığı, 118 min ABŞ dolları məbləğində Meysəm Kətxudayi adlı bir müttəhimə, Mərkəzi Bankın Beynəlxalq müdir köməkçisi Rəsul Səccadiyə rüşvət verməkdə ittiham edilib.

Bazar günü, Xüsusi İqtisadi Korrupsiya Məhkəməsinin 2-ci şöbəsində valyuta ilə əlaqəli 9 müttəhim, o cümlədən, Mərkəzi Bankın valyuta müdiri müavini məhkəmənin ilk iclasında bu ittihamlarla üzləşiblər.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button