Dünyaİran

​​​​​​​İranda etirazçıların öldürülməsi və repressiyalarla bağlı faktaraşdırıcı komitənin üzvləri seçilib

Banqladeşli vəkil, pakistanlı hüquq eksperti və argentinalı insan haqları müdafiəçisi dekabrın 20-də İranda qadın haqları uğrunda etirazların zorakılıqla yatırmasını araşdırmaq üçün Birləşmiş Millətlər Təşkilatı tərəfindən təyin edilib.

İran bundan əvvəl noyabrın 24-də İnsan Haqları Şurasının 47 üzvü tərəfindən bəyənilən bu beynəlxalq araşdırma qrupunun yaradılmasına qarşı çıxdığı üçün, üç hüquq müdafiəçisinin öz missiyasını yerinə yetirmək üçün İrana gedə bilmək ehtimalları azdır.

Qeyd edək i, noyabrın sonlarında Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası Tehran hökumətinin iranlıların inqilabi qiyamını yatırtması ilə bağlı xüsusi iclasında repressiyalarla bağlı beynəlxalq faktaraşdırıcı komitənin yaradılmasını nəzərdə tutan qətnaməni təsdiqləmişdi.

İnsan Hüquqları Şurasının 25 üzvü bu qətnamənin lehinə, altı üzvü  əleyhinə səs verib və 16 üzv isə bitərəf qalmışdı.

Şuranın 2023-cü ilin yayında baş tutacaq 53-cü sessiyasında bununla bağlı hesabat təqdim ediləcək.

Related Articles

Bir cavab yazın

Back to top button