Site icon Aznews TV

Küveyt Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pislədi

bu barədə Küveyt Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlik Küveyt Dövlətinin zorakılığa və terrora qarşı prinsipial və dəyişməz mövqe tutduğunu vurğulayıb, bu hadisədə Azərbaycan Respublikası ilə həmrəyliyini və onun yanında olduğunu qeyd edib.
Küveyt XİN Azərbaycana və həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.
Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Avtomatla silahlanmış şəxs səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, iki əməkdaşı isə yaralayıb.(Ednews)
Exit mobile version