Dünyaİran

Küveyt də İrana təyyarə reyslərini dayandırdı

Küveyt koronovirus (Kovid-19) səbəbindən İrana təyyarə reyslərini dayandırdığını açıqlayıb.

Bu barədə Küveyt Mülki Aviasiya Xidməti məlumat yayıb.

Açıqlamada qərarın Səhiyyə Nazirliyinin təlimatından sonra verildiyi bildirilib. Bundan başqa İrandan gələn Küveyt vətəndaşlarının karantinə alınacağı, iki həftə ərzində İranda olan xarici vətəndaşların ölkəyə girişinin qadağan olunacağı vurğulanıb.

Koronavirusun sürətlə yayılması səbəbindən Küveytdən İrana getmək istəyən vətəndaşlara da vizaların verilməsi dayandırılıb. Üstəlik, Küveyt vətəndaşlarına İrana səfər etməmələri tövsiyə olunub.

İranda “Kovid-19” virusuna 18 nəfərin yoluxduğu, 5 nəfərin bu xəstəlikdən öldüyü təsdiq edilib.

Related Articles

Bir cavab yazın

Back to top button