BölgəİranSiyasət

Küveyt xarici işlər nazirinin müavini: Səudiyyə Ərəbistanı və Bəhreyn prezident Ruhaninin məktublarını cavabsız qoydu

Aznews.tv Küveytin “CONA” dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, Küveyt xarici işlər nazirinin müavini Xalid Carallah ölkəsinin prezident Həsən Ruhaninin Körfəzdə sülh barəsində məktublarını Səudiyyə Ərəbistanı və Bəhreynə göndərdiyini söyləyib.

Hökumət sözcüsü Əli Rəbii president Ruhaninin Səudiyyə Ərəbistanı və Bəhreynə iki məktub göndərdiyini və bu ölkələri Körfəz bölgəsində sülh və sabitlik yaratmağa dəvət etdiyini təsdiqləyib.

Küveyt rəsmisi deyib: “Küveyt bu mesajları səudiyyəli və bəhreynli qardaşlara göndərib, lakin indiyədək bununla bağlı heç bir cavab almayıb”.

BMT Baş Assambleyasının iclasında, Ruhani, ABŞ-ın Körfədə hərbi Koalisiyasına alternativ olaraq “Hörmüz Barış Təşəbbüsü”nü təklif etmişdi.

ABŞ Mərkəzi Komandanlığı (Centcom) ötən axşam Twitter-də ABŞ və tərəfdaşlarının Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Körfəzdə və Oman dənizində yerləşməsi ilə bağlı şəkilləri yayıb.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close