Site icon Aznews TV

Küveytin “Əl-Qəbəs” qəzeti: İranda hərbi bazaya dron hücumu olub”

Hücumun hədəfinin ballistik raketlərin və uzaqmənzilli raketlərin layihələndirilməsi və istehsalı ilə məşğul olan tədqiqat mərkəzlərinin olduğu bildirilir.

Xəbəri sözügedən qəzetə bildirən mənbələr güman edir ki, bu hücum İran ərazisindən və adıçəkilən bazadan 10 km məsafədən qalxan dronlar vasitəsilə həyata keçirilib.

İran mənbələrinin qəzetə bildirdiyinə görə, dəyən xəsarətlərin qiymətləndirilməsi ilə bağlı İranın əmniyət və hərbi orqanlarında ekspertlər hesab edir ki, qeyd edilən insansız uçaqlar əvvəlcə bu məqsədlə İrandan xaricdə hazırlanıb və ayrı-ayrı hissələrdə gizli şəkildə İrana keçirilib və ölkədə yığılıb.

Bilgili qaynaqların sözlərinə görə, bu yaxınlarda həmin hərbi bazada ballistik raketlərin mühərriki sınaqdan keçirilib.

Məlumatlı mənbələr habelə bildirir ki, şənbə günü İranın müdafiə naziri Məhəmməd Aştitani ciddi təhlükəsizlik tədbirləri altında sözügedən bazaya baş çəkib və çox güman ki, bazaya, xüsusilə onun raket tədqiqat mərkəzlərinə endirilən zərbələri qiymətləndirmək üçün bura gəlib.

Exit mobile version