İran

EV KİRAYƏSİNİ ÖDƏYƏ BİLMİRLƏR

İşçilər aldıqları pulla ev icarələrini ödəyə bilmir. Onlar ya şəhər ətrafında, ya da çarəsizlikdən kənar şəhərlərə köçməyə məcbur qalıblar. Bunu İşçilər birliyinin rəisi Fətulla Bəyat verdiyi müsahibəsində deyib.
Fətulla Bəyatın sözlərinə görə, dövlət heyəti tərəfindən işçilərin ev haqqının artmasının təsvib olması gözlənilir. Əmək haqqlarının artması fərvərdin ayında işçi camiəsi tərəfindən təsvib olması onların istəklərindəndir.
“Təəssüf ki, hazırda baznişəstə və işçilərin iqtisadi vəziyyətləri heç də yaxşı deyil. Onların aylıqlarına artırılan pul isə təvərrümlə müqayisədə çox azdır. Ev bazarının qarmaqarışıq vəziyyəti ilə bağlı deyil, işçilərlərin aylıqlarının 3-də 2-i ev həzinələrinə sərf edilsəydi, hazırda vəziyyət o həddə çatmazdı. Onların əmək haqları ev kirayələrini belə ödəmir”, – deyə əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button