
Molla rejimin məmurları Mustafa Əbdülinin mağazasını möhürləyib və fəaliyyətinə qadağa qoyublar.
Milli fəalların 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə türk dilində kitablar payladıqlarına görə cəzalandırıldıqları bildirilib
Fevralın 22-də təhlükəsizlik məmurları tərəfindən həbs edilən milli fəallar müctəba və Mustafa Əbdüli 500 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.
Məlumata görə, fevralın 22-də təhlükəsizlik məmurları tərəfindən fərqli yerlərdə saxlanılan fəallar Təbriz həbsxanasına köçürülüb, orada qeydiyyatdann keçirildikdən sonra İran Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin (ETTELAAT) təcridxanasına köçürülüblər.