Dünya

Lavrovla Çavuşoğlu bazar günü görüşəcək

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bazar günü görüşəcək.

Bu haqda məlumatı Rusiya Xarici İşlər Nazirliyi cümə günü yayıb.

Məlumata görə, nazirlərin görüşü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində planlaşdırılır.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı 14-16 fevral tarixlərində keçiriləcək. Təşkilatçılar azı 18 dövlət və hökumət başçısının və 70-ə yaxın xarici işlər və müdafiə nazirinin iştirakını gözləyirlər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close