İran

Rəhmətullah Novruzi: “İranda 25 milyondan çox insan ət ala bilmir”

İran məclisinin Əkinçilik Komisyonunun üzvü Rəhmətullah Novruzi əhalinin altı qrupunun, yəni 25 milyondan çox insanın ət ala bilmədiyini deyib. Millət vəkili fəhlələrin, işçilərin və baznişəstələrin bu qruplarda yer aldığını qeyd edib. İran Parlımanının Araşdırma Mərkəzinin məlumatına görə, 2019-cu ildə əhalinin orta təbəqəsi tərəfindən qırmızı ət istifadəsi 2016-cı illə müqayisədə yüzdə 30-dan çox azalıb. Yemək Sənayesi Araşdırmaları danişkədəsi də İranda bir çox ailənin qırmızı ət, yumurta və süd məhsullarının istifadəsini kəskin olaraq azaltdığını açıqlayıb. Hətta bəzi ailələrin ümumiyyətlə istifadə etmədiyi qeyd olunub. İran dövlətinin sözçüsü Əli Rəbii desambrın 24-də bahalaşmanın nədənini “əsas mallarının ərz təmininin azalmasını” göstərib.

Related Articles

Bir cavab yazın

Back to top button