Site icon Aznews TV

Leonid Slutski: “Qarabağ postsovet məkanından kənarda çiçəklənən ərazilərdən biri olacaq”

Bu fikirləri Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər komitəsinin rəhbəri Leonid Slutski deyib.

L.Slutskinin sözlərinə görə, Azərbaycan bir daha dünya ictimaiyyətinə ən çətin və qeyri-standart vəzifələrin həllinə qadir olduğunu nümayiş etdirib: “Azərbaycan Heydər Əliyevdən sonra bir çox mühüm layihələr həyata keçirib: – Avropa Olimpiya Oyunları, Bakı Humanitar Forumu və s. Elm və ali təhsil ocaqları həmçinin tibb və mədəniyyət çiçəklənir.

Əsrlər keçəcək, amma Azərbaycana rəhbərlik edənlər fəxr edəcəklər ki, bu ölkə onların Vətənidir”.

“Bu gün Rusiya və Azərbaycanı bir çox sahələrdə sıx əməkdaşlıq əlaqələri birləşdirir. Rusiya üçün Azərbaycandan etibarlı tərəfdaş yoxdur. Həm də təkcə postsovet məkanında deyil.

Fəxr edirəm və xoşbəxtəm ki, Azərbaycan Prezidentinin dostuyam.

Biz çox maraqlı problemləri birlikdə həll etmişik. O cümlədən, Avropa Şurası meydanında İlham Heydər oğlu Milli Məclisin nümayəndə heyətinə rəhbərlik edərkən çoxlarına sübut edildi ki, Azərbaycan və Rusiya ilə bağlı faktların təhrif edilməsinin heç bir faydası yoxdur”, – deputat vurğulayıb.

Exit mobile version