DünyaSiyasət

Livan dövlət xəbər agentliyi: Hizbullahın keçmiş liderlərindən biri evində ölü tapıldı

Aznews.tv “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Livanın dövlət xəbər agentliyi Hizbullah qruplaşmasının keçmiş yüksək rütbəli üzvlərindən birinin cansız bədəninin Beyrutdakı mənzilində tapıldığını bildirib.

Livan Milli Xəbər Agentliyinin məlumatına görə, təhlükəsizlik qüvvələri hadisəni araşdırmaq üçün dərhal cinayət işi açıb və hazırda Tibbi ekspertiza tərəfindən ölümün səbəbini müəyyən etməsini gözləyir.

Lakin Agentlik cəsədin kimliyini açıqlamayıb.

Reuters xəbər agentliyi bir Hizbullah rəsmisinə istinadən qeyd edib ki, həmin şəxsin adı Əli Hatumdur və ölümün səbəbi ilə bağlı araşdırmalar davam edir.

The National News and The Jerusalem Post da daxil olmaqla İsrail mediası da cəsədin Əli Hatuma aid olduğunu bildirib.

Livan-24 telekanalı adı açıqlanmayan xəbər mənbələrinə istinadən ölümün “təhlükəsizlik məsələləri ilə əlaqəli olmadığını” və həmin şəxsin “iki ildən artıqdır ki Hizbullahla heç bir əlaqəsi yoxdur” deyə bildirib.

Lakin “The National News” agentliyi hadisəni “əsrarəngiz” adlandıraraq, Hatunun Livandan Hizbullah qruplaşmasından ayrılmasından iki il əvvəl qruplaşmanın yüksək rütbəli şəxslərindən olduğunu qeyd edib.

Məlumatlara görə, Hatumun cəsədi Əl-Baracana yaşayış binasında bir mənzildə tapılıb.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button