Site icon Aznews TV

Livanda etiraz aksiyaları davam edir

Artıq üç gündür Lübnanda, Trablosda etirazçılar və polis əməkdaşları arasında toqquşmalar davam edir. Belə ki, Trablosun quzeyində baş verən qarışıqlıqlar zamanı xəsarət alanların sayı 226 nəfərə çatıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Lübnan nümayəndəliyinin məlumatına görə, mərizxanalara 35 nəfər çatdırılıb, xəsarət almış daha 67 nəfərə olay yerində tibbi yardım göstərilib. Urjans xidməti 31 nəfərin mərizxanaya yerləşdirildiyini bildirib. 93 nəfərə hadisə yerində tibbi yardım göstərilib. Xatırladaq ki, küçələrə çıxan vətəndaşlar həyat şəraitinin yaxşılaşdırılmasını və koronavirusa görə tətbiq edilmiş iztirari saatının ləğvini istəyirlər. Mitinq iştirakçıları hakimiyyəti fəaliyyətsizlikdə və yoxsul ailələrin ac qalmasında ittiham edirlər.

Exit mobile version