BölgəDünya

Livanın yeni hökuməti formalaşdı

Livan Prezidenti Mişel Aun ölkədə yeni Nazirlər Kabinetinin formalaşdırılması ilə bağlı qərar verib.

Livanın yeni kabinetinin başçısı Hizbullaha yaxınlığı ilə seçilən Həsən Diabdır. Kabinetə 20 vəzir daxil olub.

Baabda Sarayının önündə çıxış edən Nazirlər Şurasının baş katibi Mahmud Məkkiyə ayrı-ayrı nazirlərin adlarını açıqlayıb. Ölkənin Xarici İşlər naziri Nasıf Hitti, Daxili İşlər naziri Məhəmməd Fəhmi, Maliyyə naziri Qazi Vəzni olub.

Livanın Müdafiə nazirinin başçısı vəzifəsini isə ilk dəfə qadın – Zeyna Akar tutub. O, həmçinin Baş nazirin müavini vəzifəsini icra edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button