Dünya

Güney Azərbaycan təşkilatları Papanın səfəri ilə bağlı hazırlanan markanı qınayıblar

Roma Papı Fransisk marsın 5-də İraqa səfər edib. O, ölkənin quzeyindəki muxtar hökumətin lideri Neçirvan Bərzani və baş vəziri Məsrur Bərzani ilə görüşüb. Roma Papının İraqa səfəri şərəfinə hazırlanan poçt markasında tarixi həqiqətlərin təhrif olunması etirazlara səbəb olub. Məsələ ilə bağlı Güney Azərbaycan təşkilatları etiraz məktubu hazırlayıblar. Azərbaycan Mərkəzi Partiyası, Azərbaycan Milli Müqavimət Təşkilatı, Azərbaycan Tələbə Hərəkatı və Güney Azərbaycan Demokrat Partiyası tərəfindən hazırlanan məktub İraqın Baş vəziri Mustafa Kazımiyə xitabən yazılıb. Çap olunmuş poçt markasının Roma Papı Fransiskin tarixi, eləcə də barışcıl səfərinin ruhu və fəlsəfəsinə zidd olduğu vurğulanıb. Bildirilib ki, markada başqa millətlərin və ölkələrin ərazilərinin “Kürdüstan” ərazisi kimi elan edilməsinin heç bir tarixi əsası yoxdur. Orta Şərq xalqları arasında birlik və həmrəylik ruhuna tamamilə zidd olan bu hərəkət Güney Azərbaycan təşkilatları tərəfindən tənqid olunub. Bu addımın bölgədə barış və əmni-amanlığa təhdid olduğu bildirilib.
Qeyd edək ki, markanın üzərində Güney Azərbaycanın böyük bir hissəsi xəyali “Kürdüstan xəritəsi”nə daxil edilib. Markada Qərbi Azərbaycan vilayəti və Şərqi Azərbaycan vilayətinin bir hissəsi, Türkiyə ərazisi, eləcə də mərzləri təhrif olunub. Halbuki Quzey İraqda Kürd Muxtariyyətinin və İran Kürdüstanının əksər ərazilərinin tarixi Azərbaycan torpaqları olduğu məlumdur.

Related Articles

Bir cavab yazın

Back to top button