Site icon Aznews TV

Məhəmmədrza Purməhəmmədi: “İranla Azərbaycan arasında dəmir yolu xətləri genişləndirilir”

Məhəmmədrza Purməhəmmədi: “İranla Azərbaycan arasında dəmir yolu xətləri genişləndirilir”
KADR: Şərqi Azərbaycan ustandarı Məhəmmədrza Purməhəmmədi İranın Naxçıvandakı baş konsulu ilə görüşdə İranla Azərbaycan arasında dəmir yolu xətlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Ustandar bildirib ki, Naxçıvan dəmir yolunun istifadəyə verilməsi yüklərin daşınmasının asanlaşdırılması baxımından böyük önəm daşıyır. Görüşdə tərəflər müxtəlif alanlarda əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. Məhəmmədrza Purməhəmmədi Naxçıvanla qarşılıqlı münasibətləri alqışladığını və ikitərəfli ilgilərin möhkəmləndirilməsi üçün bütün imkanlardan istifadə ediləcəyini diqqətə çatdırıb.

Exit mobile version