İran

Mi̇yana-Ərdəbi̇l-Parsabad dəmi̇r yolu layi̇həsi̇ tamamlanmayıb   

İran-Azərbaycan Cümhuriyyəti dəmir yolu sınırının bir parçası olan Miyana-Ərdəbil-Parsabad dəmir yolu tərhi hələ də bitirilməyib. İranın Yol və Şəhərsalma Baxanlığının məsullarının sözlərinə görə, bu il dəmir yolunun altquruluşunun bitirilməsi planlaşdırılan tərhlərdən biridir. Xatırladaq ki, Ruhaninin müavini, Dövlət Bərnamə və Büdcə Qurumunun başçısı Məhəmməd Baqer Nobəxt keçən ilin mordadında 12-ci dövlətin sonuna qədər sözügedən dəmir yolunun açılacağını və əyalət mərkəzinə çatdırılacağını bildirib. Nobəxt dəmir yolunun Azərbaycan dəmir yolu xəttinə də birləşdirilməli olduğunu vurğulayıb. Bildirək ki, hazırda İranla Azərbaycan Cümhuriyyəti arasında tək dəmir yolu sınırı Astara-Astara xətti üzrə işləyir. Bu dəmir yolu da Qəzvin-Rəşt dəmir yoluna qoşulmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button