İqtisadiyyatİran

Mənzillərin qiyməti artdı; İranda inflyasiya səviyyəsi sentyabr ayında 43 faizə çatdı

Aznews.tv İran Statistika Mərkəzinin son hesabatında, bu ilin sentyabr ayında ev təsərrüfatları üçün illik inflyasiya 7,42 səviyyəsində müəyyən edilib. Bunu nəzərə alaraq inflyasiya səviyyəsi əvvəlki ayla müqayisədə (avqust ayınadək 12 ay) təxminən 0.5 nisbətində artıb.

Mərkəz həmçinin yaydığı başqa bir hesabatda, bu ilin yazında İranın şəhər yerlərində bir kvadrat metr sahənin orta qiymətinin keçən ilin yaz ayları ilə müqayisədə təxminən 1.5 dəfə artdığını bildirib.

Sentyabr ayına qədərki on iki ayda İranda şəhər ev təsərrüfatları 9,41 faiz, kənd ev təsərrüfatları da eyni dövrdə 4,47 faiz inflyasiya ilə üzləşib.

Statistika Mərkəzinin məlumatına görə, bu dövrdə (sentyabradək on iki ayda) qırmızı ət, balıq, tütün kimi məhsullar, əyləncə və mədəniyyətə ayrılan xərclər ən çox qiymət artımı ilə üzləşib.

Ən aşağı qiymət dəyişiklikləri su, elektrik və yanacaq qiymətlərinə aid olub ki, təxminən 22 faiz artımla üzləşib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button