Site icon Aznews TV

Mərənddə etirazçılarla hökumət məmurları arasında qarşıdurma olub

Günortadan sonra Mərəndin mərkəzi bölgəsində başlayan aksiya zamanı hökumət məmurlarının dinc etirazçılara hücum edərək bir neçə nəfəri həbs etməyə cəhd göstərməsi qarşıdurmaya səbəb olub.

Mərəndlilər polis və SEPAH məmurlarının dinc aksiyaçıları həbs etməsinə imkan verməyiblər.

Əhaliyə qarşı rezin dəyənəklərdən istifadə edən məmurların vətəndaşların müqaviməti ilə üzləşdikləri üçün aksiya yerindən qaçdıqları bildirilir.

Fəallar aksiya yerindən aralıda bir neçə nəfərin həbs edildiyini, ancaq hələlik onların dəqiq sayı və kimliyinin məlum olmadığını yazıblar.

Exit mobile version