İranMədəniyyət və incəsənət

Mərəndli sənətkarın metal əl işləri Təbriz şəhərində sərgiləndi

Mərəndli sənətkar Fərzad Niazməndin metal əsərləri Təbriz şəhərində “El Gölü” bağında nümayiş edilib.

Aznews.tv “IRNA” xəbər agentliyinə istinadən xəbər verir ki, sərgi avqustun 11-i açılıb və 21-ə kimi davam edəcək.

Niazmənd bundan əvvəl Mərənd şəhərində və Araz Azad Zonasında iki uğurlu sərgi keçirib.

Bu sərgilər tamaşaçılar tərəfindən çox yaxşı qarşılanıb. Yaradıcı sənətkar bu dəfə əl işlərini Təbriz şəhərində nümayiş etmək istəyib. Nümayiş olunan əsərlər 5 çox böyük həcmli əsərdir. Özünəməxsus tərzi olan sənətkarın bir neçə orta və kiçik həcmli əsəri də sərgidə yer alıb ki, mifləri özündə təsvir edir.

Qeyd edək ki, sərgi tullantı, dəmir və başqa metal qırıqlarından hazırlandığı üçün olduqca önəmlidir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close