Site icon Aznews TV

Məşhəddə İmam Rza ziyarətgahında yanğın olub

Aprelin 29-u gecə saatlarında İranın Məşhəd şəhərində yerləşən İmam Rza məqbərəsində yanğın olub.

Yanğının səbəbləri barədə verilən rəsmi açıqlamada hadisənin paltaryuyan maşınlardan birində meydana gələn nasazlıq ucbatından baş verdiyi bildirilib.

Rəsmi məlumatda yanğın yerinə çox sayda yanğınöndürən maşının cəlb olunduğu və insan tələfatının olmadığı deyilir.

Exit mobile version