Site icon Aznews TV

Məşhəddə sel nəticəsində ölən və itkin düşənlərin sayı artdı

Bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, daşqın nəticəsində 7 nəfər həlak olub, xeyli sayda insan xəsarət alıb. 12 nəfər isə itkin düşüb. Ölənlərdən ikisi avtomobillərindən çıxa bilmədikləri üçün boğulub, bir ana və dörd övladı isə evin çökməsi nəticəsində həyatını itirib.

Yerli əhali şəhərin ən çox daşqın qeydə alınan Seyyidi bölgəsində baş verən insan itkisinə görə bələdiyyəni günahlandırıb.

Bildiriblər ki, bələdiyyə idarəsi ərazidə təbii kanal funksiyasını yerinə yetirən dərəni satmaq məqsədi ilə doldurduğuna görə bölgəni su basıb.

Exit mobile version