
«Qara qutu» kanalının rəhbəri Məsud Moləvinin öldürülməsi ilə bağlı bir neçə nəfər saxlanılıb.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı məlumat yayıb.
Təşkilat İstanbulda İran vətəndaşı Məsud Moləvinin qətli ilə bağlı 11 nəfəri həbs etdiklərini açıqlayıb.
Bəzi mətbu orqanları Məsud Moləvinin keçmişdə İranın ETTELAAT və Təhlükəsizlik Nazirliyinin işçilərindən olduğu iddia edir. Bildirilir ki, sonralar rejimin qatı müxaliflərinə çevrilib. Onun qətlində əsas rol oynayanlardan birinin Əbdülvəhab –K olduğu açıqlanıb.
Xatırladaq ki, Məsud Moləvi noyabrın 24-də Türkiyənin Şişli məntəqəsində naməlum şəxs tərəfində 11 güllə ilə vurulub. Yaralı Moləvi xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. ABŞ dövlət katibi onun ölümü ilə bağlı danışarkən «bu, rejimin və onların əxlaqının sərhədləri olmadığını göstərir», – deyib.